Prezident “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb

86227541-299a-4b4f-9aa3-8d3b0f077eed_292Prezident İlham Əliyev “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb

“Report” xəbər verir ki, sərəncamla əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR