Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

ilham_aliyev_160412_albom_9_mainAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın imperatoru Akihitoya başsağlığı verib.

Başsağlığında deyilir:

“Ölkənizdə baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR