Prezidentə məktublar: Fəxr edirəm ki, Vətənimin qüdrətli ordusu var

Ilham_Aliyev_160812Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Möhtərəm Azərbaycan Respublikasının Prezidenti.

Mən Ukrayna saytlarından birinin redaktoruyam. Azərbaycana başçılıq etdiyiniz bütün müddət ərzində, eləcə də Qarabağda münaqişənin eskalasiyası dövründə ölçülüb-biçilmiş və müdrik siyasətinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Fəxr edirəm ki, tarixi Vətənimin qüdrətli ordusu və arxasında harada yaşamasından asılı olmadan bütün Azərbaycan xalqının durduğu Prezident var. Mən Ukrayna ordusunda könüllü işləmişəm, hərbi hissədən təşəkkürnamə almışam, bir neçə ictimai aksiya təşkil etmişəm və həmişə hiss etmişəm ki, xalqımızın müdrik Prezidenti var. Prezident vəzifəsində fəaliyyətinizə görə Sizə səmimi təşəkkürümü bildirmək və bəyan etmək istəyirəm ki, Azərbaycanın suverenliyinin bərpası və müstəqilliyinin möhkəmlənməsi işinə öz töhfəmi verməyə həmişə hazıram. Vətənimə, xalqıma və Azərbaycan Prezidentinə xidmət etməyə həmişə hazıram. Burada özüm barədə verdiyim bütün məlumatlar həqiqidir. Kiyevdə Azərbaycan dövlətinə az da olsa faydam toxunsa, çox şad olardım.

Hörmətlə,

Əliyev Asif Rasim oğlu

Ukrayna, Kiyev şəhəri

x x x

Hörmətli cənab Prezident.

Səfərbərlik haqqında əmrinizi gözləyirik. Mən Azərbaycan vətəndaşıyam, Moskvada yaşayıram. Torpaqlarımızı azad etmək üçün Azərbaycana gəlmək istəyirəm. Səbirsizliklə Sizin əmrinizi gözləyirəm. İşğalçıların 20 ildən çoxdur ki, torpaqlarımızda yaşaması yetər.

Hörmətlə,

Hüseynli Şükufə Pərviz qızı

Rusiya Federasiyası, Moskva şəhəri

x x x

Hörmətli cənab Prezident.

Sizdən çox razıyıq. Sevinirik ki, Sizin kimi Prezidentimiz var. Allah Sizi qorusun. Biz daim Sizinləyik və Sizi dəstəkləyirik.

Son günlər cəbhədə Ordumuzun düşmənə divan tutması hamımızı qürurlandırdı. Biz də Ordumuzu dəstəkləyir, Ali Baş Komandanımızın yanındayıq. Əmriniz olarsa, könüllü olaraq cəbhəyə yollanmağa hazırıq. Əminik ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək.

Hörmətlə,

Rzayeva Zeynəb İlham qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri

x x x

Hörmətli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev.

Biz Sizin səfərbərlik haqqında əmrinizi gözləyirik. Rusiya Federasiyası vətəndaşı olsam da, hesab edirəm ki, torpağını müdafiə etmək hər bir azərbaycanlının borcudur. Biz hamımız gözəl Qarabağımızı erməni işğalçılarından azad etmək istəyirik. Səbirsizliklə Sizin əmrinizi gözləyirik.

Hörmətlə,

Səftərzadə Təbriz Çingiz oğlu

Rusiya Federasiyası, Proxladnı şəhəri

x x x

Hörmətli cənab Ali Baş Komandan.

Son günlər cəbhədə baş verən hadisələr ermənilərə verilmiş bizim çoxdan gözlədiyimiz layiqli cavabdır.

Hörmətli cənab Prezident, biz daim Sizinləyik, Sizə – Ali Baş Komandanımıza inanırıq. Əminik ki, Sizin rəhbərliyinizlə tezliklə torpaqlarımız işğaldan azad ediləcək. Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə hazıram. Bunun üçün bütün laçınlı gənclər sizin əmrinizi gözləyir

Hörmətlə,

Niftəliyev Kəmaləddin Nizami oğlu.

Azərbaycan Respublikası, Laçın rayonu, İmanlar kəndi

x x x

Hörmətli Prezident.

Mən Finlandiya və Böyük Vətən müharibəsi veteranının oğluyam. Bəxtim gətirib. Axı Azərbaycan adlı gözəl ölkədə anadan olmuşam, kiçik vətənim isə Lənkəran şəhəridir. Özümü vətənpərvər adlandıra bilərəm, çünki Vətən mənim üçün boş söz deyil, dəyər verdiyim məfhumdur. Mən 1983-1986-cı illərdə SSRİ Hərbi Dəniz Donanmasında xidmət etmişəm. Xidmətimi bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyində işləməyə başlamışam. SSRİ dağılandan sonra Rusiya DİN-də işləməyə davam etmişəm. 2015-ci ilin mayında polis kapitanı rütbəsində pensiyaya çıxmağıma baxmayaraq, döyüş ruhum yüksəkdir, könüllü olub cəbhənin istənilən nöqtəsində Vətənimi müdafiə etməyə və müqəddəs Azərbaycan torpaqlarını erməni terrorçularından azad etməyə hazıram. Cəsur ordumuz Sizin rəhbərliyiniz ilə düşmənə layiqli cavab verdi.

Əziz Prezident İlham Əliyev, biz həmişə Sizinləyik. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Allah müqəddəs və sevimli Vətənimizi, bütün xalqımızı qorusun!

Hörmətlə,

İrzayev Eldar İrza oğlu

Rusiya Federasiyası, Moskva şəhəri

x x x

Hörmətli cənab Prezident İlham Əliyev.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan hərbi birləşmələrinin təxribatlarına qarşı uğurlu döyüş əməliyyatları zamanı qardaşlarımızın həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu şad olsun. Biz həmişə doğma Azərbaycanın yanındayıq. Biz Ust-Kamenoqorskdan gəlib cəbhədəki qardaşlarımıza qoşulmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz Sizi çox sevirik, Sizə inanırıq. Allah Sizə kömək olsun!

Hörmətlə,

Əliyev Elxan Elyar oğlu

Qazaxıstan Respublikası, Ust-Kamenoqorsk şəhəri

x x x

Azərbaycan Respublikasının Prezidenti

Cənab Ali Baş Komandan.

Azərbaycan xalqı həmişə Sizə inanıb və inanır. Sizin sayənizdə işğal altındakı torpaqlarımızın azad edilməsi prosesi artıq başlanıb. Sevincimin həddi-hüdudu yoxdur. Bir hərbiçi, Azərbaycan oğlu kimi fəxr edirəm ki, Sizin kimi qayğıkeş, millətini sevən Prezidentimiz var. Artıq Ordumuz müasir texnika və silahlarla təmin olunub və düşmənə layiqli cavab verməyə qadirdir.

Son günlər müşahidə etdiklərim məndə qürur və iftixar hissi yaratdı. Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız, cənab Prezident! Allah Sizi qorusun.

Minnətdarlıq hissi ilə,

Əliyev Murad Sərhad oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu

x x x

Salam, cənab Prezident, rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı.

Bir vətənpərvər və 1995-1997-ci illərdə məhz “Lələ Təpə” strateji yüksəkliyinin ətəyində Füzuli rayonunun keşiyində durmuş ehtiyatda olan hərbi qulluqçu kimi, mən Sizin tək böyük şəxsiyyətin başçılıq etdiyi xalqıma və orduma görə sevinc və qürur hisslərimi gizlədə bilmirəm. Siz həm xarici, həm də daxili siyasətinizlə bütün dünyaya sübut etdiniz ki, Azərbaycan sadəcə kiçik ölkə deyil, çoxəsrlik tarixi və gözəl ənənələri olan dövlətdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Siz mənim Prezidentimsiniz. Bu məktubu da Sizə Rusiyadan ölkəmin iqtisadiyyatının, hərbi qüdrətinin inkişafında və Vətənimizin hər bir vətəndaşının sosial durumunun yaxşılaşmasında əzmkar əməyinizə görə sonsuz təşəkkürümü bildirmək üçün yazıram. Sizi inandırıram ki, hər an bütün işlərimi atıb Bakıya gəlməyə, torpaqlarımızı düşməndən tam təmizləmək üçün silaha sarılmağa hazıram. Sonda ölkəmizin istər hərbi, istərsə də iqtisadi qüdrətini hələ uzun müddət artırmağa davam etməyiniz üçün Sizə möhkəm cansağlığı və güclü olmağı arzu edirəm. Xalqımızın və Vətənimizin rifahı naminə gördüyünüz və bundan sonra da görəcəyiniz bütün işlərə görə Sizə təşəkkür edirəm.

Hörmətlə, sıraya düzülmək üçün Sizin əmrinizi gözləyən

Əkbərov İxtiyar Ələkbər oğlu

Rusiya Federasiyası, Tver şəhəri

x x x

Salam, hörmətli Prezident.

Vətəndən uzaqda yaşayıram. Könüllü olub torpaqlarımızı düşməndən təmizləmək istəyirəm. Səfərbərlik elan edəcəyiniz təqdirdə mənim namizədliyimi də nəzərdən keçirməyinizi xahiş edirəm. Çünki vətənim Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq mənim üçün böyük şərəfdir.

Hörmətlə,

Əliyev Firuddin Elyar oğlu

Qazaxıstan Respublikası, Ust-Kamenoqorsk şəhəri

x x x

Möhtərəm Prezident İlham Əliyev.

Mən Gürcüstanda yaşayan azərbaycanlıyam. Xahiş edirəm ki, işğal altındakı torpaqların azad edilməsi prosesini dayandırmayın. Torpaqlarımızın azad edilməsində iştirak etməyi çox istəyirəm. Azərbaycan bayrağını Xankəndiyə, Şuşaya özüm sancmaq arzusundayam.

Hörmətlə,

Avacəlilov İsmayıl Oruc oğlu

Gürcüstan, Rustavi şəhəri

x x x

Salam, hörmətli cənab Prezident.

Bu məktubu Sizə Vətənimə görə qürur hissi ilə yazıram. Sizin əzminiz və xalqımın səyləri sayəsində ölkəmiz böyük nailiyyətlər əldə edib. İcazə verin, Rusiyada tanıdığım, amma üzrlü səbəblərdən məktub yaza bilməyən bütün azərbaycanlılar adından Sizə təşəkkür edim. Respublikamızın bu möhtəşəm qələbəsinə görə Sizə minnətdarlığımı və dəstəyimi ifadə etmək istəyirəm.

Sizə və ailə üzvlərinizə cansağlığı arzu edirəm. Biz həmişə Sizinləyik. Sülhsevər respublikamızın düşmənlərinə qarşı bu ədalətli və müqəddəs müharibədə Allahdan Sizə qələbə arzu edirəm. Azərbaycana eşq olsun! Rəşadətli Azərbaycan Ordusuna eşq olsun! Əsgərlərimiz döyüşə nəğmə ilə gedirlər. Onlar ölümü sevinclə qəbul edirlər, çünki düşmənlərdən fərqli olaraq, onlar şəhid olurlar. Bu torpaqlar bizim olub, bizimdir və bizim olacaq. Mən fəxr edirəm ki, azərbaycanlıyam.

Hörmət və qürur hissi ilə,

Sultanov Samir Əzizxan oğlu

Rusiya Federasiyası, Dolqoprudnı şəhəri

x x x

Cənab Ali Baş Komandan.

Mən və sədri olduğum Demokratik Azərbaycan Dünyası Partiyasının çoxsaylı üzvləri və tərəfdaşları torpaqlarımızı düşməndən azad etmək üçün səfərbərliyə hazırıq. Əmrinizi gözləyirik.

Hörmətlə,

Hüseynov Əlisahib Vəli oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu

x x x

Hörmətli Prezident.

Həmişə qalib olun, Allah xalqımıza, Sizə və ailə üzvlərinizə daim sevinc bəxş etsin. Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, saysız-hesabsız uğurlar və səadət arzu edirəm. Qoy, qələbə həmişə Sizinlə olsun. Milyonlarla insanı sevindirdiyiniz üçün Allah da Sizi sevindirsin. Amin!

Hörmətlə,

Səmədov Faiq Mürvət oğlu

Rusiya Federasiyası, Moskva şəhəri

trend.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR