Prinsin “Purple Rain” filmində çəkildiyi gödəkçə auksiona çıxarılacaq

7de42bd9-4ebc-43ab-b478-58aa4624eb66_292Amerikalı müğənni Prins Rocers Nelsonun “Purple Rain” musiqili filmində çəkildiyi gödəkçə Kaliforniyada auksiona çıxarılacaq

“Report” “TASS”a istinadən xəbər  verir ki, bu barədə hərracın təşkilatçısı olan “Profiles in History” Auksion Evinin nümayəndələri bildirib.

Hərracın təşkilatçıları bu lota görə, ən azı 6-8 min dollar əldə etməyi planlaşdırır.

İyunun sonlarında keçiriləcək hərracda, həmçinin amerikalı müğənnilər Britni Spirs və Keti Perrinin səhnə geyimləri, Maykl Ceksonun səhnədə çıxışları zaman taxdığı kristallarla bəzədilmiş əlcəklərindən bir cütü təqdim olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR