Putin Roqozinə töhmət verdi

429364Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Dmitri Roqozinə töhmət, “Roskosmos”un rəhbəri İqor Komaro və Avtomatik Elmi İstehsalat Birliyinin rəhbəri Leonid Şalimova şiddətli töhmət elan edib.

Qafqaznews.az  modern.az-a istinadən bildirir ki, bu addımın səbəbi ötən gün Amur vilayətində yeni açılan “Vostoçnıy” kosmodromundan ilk raketin havaya buraxılması zamanı baş verən texniki nasazlıq olub.
Putinin də seyr etdiyi ilk raket startı kabellərdən birində aşkar edilən nöqsana görə 6 saatdan çox təxirə salınmışdı.

“Soyuz 2.1” raketinin orbitə çıxarılması yalnız bu gün səhər uğurla baş tutub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR