“Qadın səs-küy saldı, qaçdıq” – Qadın sürücünü soymaq istəyənlər tutuldular (VİDEO )

qadinisoyan1Nəsimi rayonunda qadın sürücüyə qarşı soyğunçuluğa cəhd edən şəxslər qanundan qaça bilməyiblər.
Belə ki, 2 nəfər Arzu Qafarovanı bıçaqla hədələyərək ondan pul verməsini tələb ediblər. Səs-küy yarandığından istədiklərinə nail ola bilməyən cinayətkarlar hadisə yerini tərk ediblər. Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ağsu rayon sakini Amal Allahverdiyev və Saatlı rayon sakini Asim Əliyev saxlanılıblar. Şəxslərin üzərindən 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək və 2 ədəd maska götürülüb.
Polis saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.  Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər. (Region TV)

qadinisoyan2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR