​”Qalatasaray”ın baş məşqçisi “Real Madrid”in sabiq futbolçusunu məşqdən qovub

5c3334cb-2836-4996-ab2a-39a89bcc5756_292Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Yan Olde Rikerink futbolçu Xose Rodrigesi məşqdən qovub. “Report”un məlumatına görə, səbəb ispaniyalı yarımmüdafiəçinin son məşqə gec qatılması olub.

Nəticədə hollandiyalı mütəxəssis 21 yaşlı futbolçunu məşqə buraxmayıb.

Yay transfer pəncərəsində “Qalatasaray”a transfer olunan Rodriges İstanbul təmsilçisinin heyətində çıxdığı 22 rəsmi oyunda 1272 dəqiqə meydanda olub.

Qeyd edək ki, futbolçunun “Qalatasaray”la müqaviləsi 2019-cu ilin mayınadək qüvvədədir. O, illik 800 min avro qazanır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR