QHT rəhbərləri hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə görüşüblər

000İşğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Förumun Mətbuat Xidmətinin rəhbəri Mətanət Əsgər qızının Qafqaznews.az-a verdiyi məlumata görə,Beynəlxalq Forumun Azərbaycan təmsilçiləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra tədbirlərə qatılıblar. Forum üzvləri Akif Nağı, Mehdi Mehdiyev, Soltan Əliyev, Radə Abbas, Akif Kərimov, Azər Həsrət, Emin Həsənli, Tahirə Məmmədova, Cəsarət Hüseynzadə, Mətanət Əsgərqızı N saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə görüşüblər. Hərbi hissədə olan Forum üzvləri əsgərlərin şəraiti ilə maraqlanıblar. Əsgərlərin yataq yerləri, camaşırxana, tibb məntəqəsi, istirahət otaqları ilə tanış olan Forum üzvləri hərbi hissənin əsgərləri ilə 1918-ci ilin mart hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin bu günü ilə bağlı söhbətlər ediblər. Forum üzvləri dövlətin ordumuza qayğısının nəticəsi olaraq zəfər yürüşlərində qələbə çalacaqlarını, faciələrimizi unutmayacaqlarına inamlarını dilə gətiriblər. Daha sonra Forum üzvləri əsgər yeməkxanasında onlarla birgə yemək yeyiblər. Xatirə şəkilləri çəkdiriblər.

IMG_4351 IMG_4329 IMG_4337 IMG_4341 IMG_4346 Без имени-2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR