Rasim Musabəyov: “Ermənilər hər dəqiqə həmsədrlərə atəş aça bilərlər”

publika.az1423573390Rasim-Musabeyov-1“Təmas xəttində monitorinqlə bağlı hər iki tərəfin razılığı olmalıdır. Onlar təhlükəsizliyi tam təmin edə bilmədiklərinə görə monitorinq keçirilməsinə dair hələlik razılıq yoxdur”. APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O, sabah Xankəndinə gedəcəklərini, orada “de-fakto” rəhbərliklə görüşəcəklərini bildirib (APA). Milli Məclisin üzvü Aydın Mirzəzadə kavkaznews.az saytına bildirib ki, Azərbaycanın nəzarət etdiyi ərazilərdə həmsədrlərin təhlükəsizliyini təmin etmək mümkündür.e2a050c0-b31d-4be9-9112-3aa2fc478538-2

“Amma biz zəmanət verə bilmərik ki, erməni tərəfindən hər hansı təxribat olmayacaq. Heç kim zəmanət verə bilməz ki, bizim əraziləri işğal edən ermənilər həmsədrlərin təhlükəsizliyini təmin edəcəklər. Həmsədrlərin özləri də şahid olublar. Ermənistan beynəlxalq hüququ tamamilə pozur”, – deyə deputat vurğulayıb. Başqa bir millət vəkili Rasim Musabəyov vurğulayıb ki, amerikalı həmsədr doğru deyir. “Biz ancaq özümüzə görə zəmantə verə bilərik, ermənilərin yerinə zəmanət verməyimiz mümkün deyil. Əgər ermənilər həmsədrlərə istənilən dəqiqə atəş aça bilərlərsə, biz onların təhlükəsizliyinə necə zamin dura bilərik?” – deyə R.Musabəyov bildirib.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR