Ərdoğana şikayət edən azərbaycanlı iş adamı haqqını geri ala biləcəkmi? – ARAŞDIRMA(FOTO)

Screenshot_1Aprelin 18-də Qafqaznews.az saytında “Aldadılan türk və azərbaycanlı iş adamı Türkiyə prezidentinə müraciət etdi-FOTOLAR” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, azərbaycanlı iş adamı Samir Hacıyev və Türkiyə vətəndaşı, Belarusda fəaliyyət göstərən “Meltem” şirkətinin nümayəndəsi Cenk Özgil Türkiyə Cümhuriyyətinin prezideMakbuznti Rəcəb Tayyib Ərdoğana müraciət ediblər. Məktubun surəti baş nazir Əhməd Davudoğluya, TBMM sədri İsmayıl Kahramana, XİN başçısı Mövlut Çavuşoğluya, həmçinin, digər aidiyyatı olan qurumların rəhbərlərinə də göndərilib.

Qafqaznews.az-ın verdiyi məlumata görə, müraciətdə deyilir: “Hörmətli prezident Rəcəb Tayyib Ərdoğan! Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətləri dillərə dastan və bütün dünyaya nümunədir. Sizin rəhbərliyinizlə, bu qardaşlıq bütün sahələrdə yüksək səviyyəyə çatıb. Xüsusiyyətlə də, iki ölkənin iş adamları arasında əlaqələrin yüksəkdə tutulmasını hər zaman təşviq etdiyinizə görə, sizə sonsuz minnətdarlığımızı səmimi qəlbdən bildiririk. Amma təəssüf ki, bəziləri var ki, onlar Sizin və Cənab İlham Əliyevin təşviq etdiyi qardaşlığa kölgə salırlar. Bizi narahat edən bir mövzunu Sizin diqqətinizə ərz etmək istəyirik. Mən Samir Hacıyev, Rusiyada əkinçilik məhsullarının idxalatını edirəm.2

Belarusda “Meltem” şirkətinin nümayəndəsi Cenk Özgille birlikdə bu il fevral ayında Antaliyada “Kalyoncu” şirkətinin sahibləri Saffet və Həsən Kalyoncularla 19 TIR (380 ton) pomidorun Belarusa nəqli ilə əlaqədar razılaşma əldə etdik. Və biz nağd olaraq 116.000 ABŞ dollarını rəsmi olaraq “Kalyoncu” şirkətinin kassasına keçirdik. 24,25,26,27 fevral tarixlərində yola çıxan 9 TIR pomidor Belarusdakı nəqliyyat nöqtəsinə 5, 6, 7 və 8 mart tarixlərində çatdı. Bu TIR-lardaki mallara baxdığımız zaman, 9 TIR-dan yalnız 5-ində mal yararlı çıxdı. Digər 4 TIR-dakı 80 ton pomidorun yararsız və xəstə olduğunu öyrənmiş olduq. Əlimizdə Belarus və Rusiyanın müstəqil mütəxəssisləri tərəfindən verilən hesabatlar var.

“Kalyoncu” şirkətinin Belarus nümayəndəsi də malların yararsız olduğuna yerində şahid oldu, amma şirkət sahibləri ona zəng edərək, oradan uzaqlaşmasını əmr etdilər. Bir aya yaxın müddətdir “Kalyoncu” şirkəti bizə borclu olduğu pulu verməkdən boyun qaçırır. Belarus gömrüyündə “Kalyoncu” şirkəti tərəfindən pomidorun bir kilosu 0,30 dollara hesaimagesb edildiyi və bizə verilən malın ümumi dəyəri 54.600 ABŞ dollar olduğu halda, bu şirkət bizdən aldığı 116.000 ABŞ dollarının 61.400 dollarlıq qisimini qanunlara görə geri verməlidir. Bu günə qədər nə malımızı nə də pulumuzu “Kalyoncu” şirkətindən ala bilmirik”.

Aprelin 18-də biz Saffet Kalyoncu ilə əlaqə saxladıq. O, Samir Hacıyevi ancaq üç-dörd gün əvvəl gördüyünü dedi (ötən yazımızda S.Kalyoncu ilə şikayətçilərin görüşdüyü qeyd olunurdu – red.). “O adam saxtakardır. Bizə pul verməyib. Ora-bura şikayət edir, mən də onu məhkəməyə verəcəyəm”, – deyə S.Kalyoncu bildirib. “Bizə şikayət daxil olub, tərəfsiz araşdırırıq. Axı qarşımda sizin şirkətin Cenk Özgilə verdiyi 116 min dollarlıq qəbzin fotosurəti var”, – deyə qeyd etdik. Ondan sonra, Saffet Kalyoncu həmin pulun hissə-hissə verildiyini dedi: “Mallar çatandan sonra son 7 min dolları göndərdi. Bizim ona borcumuz qalmayıb. Tam pulu ödəyiblər. Gömrük rüsumunun da 30 sentə olmasını özləri istəyiblər. Məndə onların pulu yoxdur, sürücülərə də 4200 dollar avans vermişik. Biz Ermənistan üzərindən mal daşımırıq”.

Lakin Saffet Kalyoncu ümumilikdə Cenk Özgildən nə qədər pul alındığını xatırlaya bilmədi: “Mən bilmirəm, bizim bank hesabımıza onlardan o qədər pul daxil olmayıb. Mal çatıb ora, sonra bayrama düşüb, aparıb malı Rusiyaya, orda sata bilməyib, pomidorlar 19-20 gün əlində qalıb, bizi günahkar adlandırır. Biz malı Belarusa gantalya_seriköndərmişik, o niyə Rusiyaya satmağa aparıb? Martın 16-da mənə “vatsap”da yazıb ki, mal xarabdır”. Biz qeyd etdik ki, Belarus da, Rusiya da Gömrük İttifaqına daxil olan dövlətlərdir və burda pis heç nə yoxdur, amma bizdə olan ekspertiza rəylərində 4 TIR-ın yarasız olduğu göstərilir.

“Mən o sənədlərə inanmıram. Onlardan Rusiyada 50 dollara çıxarmaq olar”, – deyə S.Kalyoncu cavab verib Cenk Özgillə əlaqə saxladıq, o isə bildirdi ki, mal Belarusa çatdıqdan sonra, dərhal baxılıb və ekspertiza rəyləri də verilib. “Biz fevral ayının sonu şirkət nümayəndələri ilə görüşdük, 2 gün ərzində 116 min dolları “Kalyoncu”nun kassasına keçirdik. Mənə qəbz verilərkən, Necati Kalyoncu da yanımda idi. Normalda mal o cür qısa vaxtda xarab olmamalıdır. Əgər 27-28 fevralda yola çıxan TIR-lar 5-6 mart tarixində Belarusa çatırsa, dərhal yoxlanılırsa, burda malın zay çıxması bizim üzümüzdən ola bilməz. Ortada zərər var və bu zərər ödənilməlidir. Samir məsələni mənə dedikdə, mən onlarla əlaqə saxlamağa çalışdım, lakin maraqlanmadılar. Samir sonra özü onlara çıxmağa çalışıb . Ona da mənfi cavab veriblər.

kalyoncu_nakliyatMalların yararsız olduğu çatdırılma ünvanında, Belarusda müəyyən edilib. Həm də bizə 116 minlik yox, 54600 dollarlıq mal verilib. Gömrük rüsumları isə onlarlıqdır, çünki sənədləşdirməni nəqliyyatı həyata keçirən şirkət edir. Bizim o sənədləşdirmə işlərindən xəbərimiz olmayıb. Ancaq görmük deklarasiyalarına çatdırılmadan sonra baxa bilmişik”. Samir Hacıyev də Qafqaznews.az-a bildirib ki, o, Saffet Kalyoncudan aldığı malları bir neçə gün saxlamayıb: “Mallar artıq bizə çatanda xarab idi. Saffet bəyin dedikləri həqiqətə uyğun deyil. Əlimizdə sənədlər var. Mən hara şikayət edirəmsə, bu mənim haqqımdır. Məni tanımırdısa, Cenk Özgil bizim adımızdan bu işləri görürdü və onlar Cenk bəyə 116 minlik çek vermişdilər.

Onlar kimdən nə qədər və niyə aldıqlarını bilmirlərmi? Biz Azərbaycan və Türkiyə arasında dost münasibətləri nəzərə alaraq, bu məsələni dialoq şəklində həll etmək istədik. Lakin Saffet bəy hər şeydə bizi günahlandırır, saxtakar elan edir”.

Sənan Məmmədli

Qafqaznews.az
1 (1)

2 Makbuz Cenk vekalet

3

1

2 3 4 5 6

1

2 3 4 5 6

1 2 3 4 5 6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR