Rusiya əhalisinin cəmi 28 faizinin “xarici pasport”u var

img2065544Keçirilmiş sorğu nəticəsində məlum olub ki, Rusiyanın yaşlı əhalisinin cəmi 28%-də xarici ölkələrə səfər etməyə imkan verən ümumvətəndaş pasportu var.
Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu nəticələr “Levada-Sentr” sorğu mərkəzinin keçirdiyi tədqiqatın yekununda məlum olub.
Sorğu göstərib ki, rusiyalıların 59 faizi heç vaxt keçmiş SSRİ ölkələri istisna olmaqla, xarici ölkələrdə olmayıb. Bununla yanaşı, 9% il ərzində 2-3 dəfə ölkəni tərk etdiyini bildirib. 15% isə əvvəllər səyahətə getdiyini, indi buna imkanının çatmadığını deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR