Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

medvedev_qarshilanma_080416_1Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Hökumətinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dmitri Medvedevi Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.

Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Sonra Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Rusiya Hökumətinin sədri Dmitri Medvedev arasında qısa protokol söhbəti oldu.

medvedev_qarshilanma_080416_2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR