Rusiya mediasındakı erməni rəhbərlər – Yalan xəbərlərin əsas səbəbi – ARAŞDIRMA-VİDEO

er-1Region TV cəbhə bölgəsindəki xəbərləri qeyri-obyektiv şəkildə və ermənilərin tərəfini tutaraq çatdıran Rusiyanın media resursları ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticələri göstərir ki, Rusiyanın önəmli media qurumlarının rəhbər vəizfələrində çalışanların əksəriyyəti ermənilərdir. Araşdırma da o da qeyd edilir ki, bu sadəcə aysberqin görünən tərəfidir. Bu və digər media qurumları özlərini Erməni təbliğatının bir vinti kimi təqdim etməkdən çəkinmirlər.

Araşdırma nəticələri:

1.Aram Qabrelyanov – “Life News” agentliyi – “Baltiskaya mediaqrup” Holdinqin prezidenti
2.Artur Canibekyan – NTV – “QazProm” Media Holdinqin rəhbər şəxsi
3.Marqarita Simonyan – “Ria Novosti” – “Rossia Today”in baş redaktoru
4.Sarkis Saturyan – REGNUM – şef-redaktorun muavini
5.Anna Admyan – “Exo Moskvi”nin internet redaktoru
6.Arseniy Oqanesyan – “İzvestiya” – baş redaktor
7.Aleksandr Qasparyan – “Dni.ru” – siyasi şöbə

Rusiyanın əksər media orqanlarının Azərbaycana qarşı açıq böhtan kompaniyası aprdığı vaxtda, biz niyə diaspor üzvlərimizin səsini eşitmədik. Niyə sayca ermənilərdən bir neçə dəfə çox olan Azərbaycan icması bu yalanlara, iftiralara etiraz səsini yetərincə ucaltmadı? Düzdür, imkanlar da bərbaər deyil, amma günah bir az da özümüzdədir. Düşmən Rusiyanın, başqa öklələrin media orqanlarında, dövlət strukturlarında özünə yer etməyə çalışanda, biz bazarlarda pul qazanmağın asan yolunu axtarmışıq. Bunu nə qədər tez etiraf edib səhvimizi düzəltməyə çalışsaq, bir o qədər xeyrimizə olar.
Bəli bu gün biz kiçik qələbəmizə sevinirik. Hamımız böyük ruh yüksəkliyi keçiririk. Amma, bu, bizi qətiyyən arxayınlaşdırmamalıdır. Əksinə, bugünkü zəif cəhətlərimizi aradan qaldırmaq üçün daha böyük səy göstərməyə, daha böyük əzmlə çalışmağa vadar etməlidir. Çünki, böyük qalibiyyət hələ qarşıdadır. Biz bu böyük qalibiyyətə layiq olduğumuzu sübut etməliyik. Ayrı-ayrılıqda bir azərbaycanlı olaraq və hamımız birlikdə Azərbaycan dövləti olaraq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR