Rusiya “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatını orbitə buraxıb

93b50381959d1022827613e43e689f89Rusiyanın Amur vilayətindəki yeni “Vostoçnıy” kosmodromundan “Soyuz-2.1a” daşıyıcı-raket kosmik aparatı orbitə buraxılıb.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, raket orbitə üç kosmik aparat çıxaracaq. Bunlar Moskva Dövlət Universitetinin “Lomonosov” peyki, eləcə də SamSat-218 və “Aist-2D” kosmik aparatlarıdır.

Məlumata əsasən, kosmik aparatın orbitə buraxılmasını izləmək üçün Rusiya prezidenti Vladimir Putin “Vostoçnıy” kosmodromuna gəlib.

Qeyd edək ki, kosmik aparatın aprelin 27-si, yerli vaxtla saat 05:01-də orbitə buraxılması nəzərdə tutulmuşdu, lakin  texniki nasazlıq səbəbindən bu mümkün olmamışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR