Rusiyada əhaliyə «əks-ipoteka» təqdim oluna bilər

138105_res_01Rusiyada kasıblıqla mübarizənin bir üsulu kimi dövlət tərəfindən əhaliyə «əks-ipoteka»nın təqdim oluna bilmə ehtimalı müzakirə edilir.

Virtualaz.org RenTV telekanalına istinadən xəbər verir ki, bununla bağlı qanun layihəsi Rusiya Federasiyasının Maliyyə Nazirliyində nəzərdən keçirilir.

Sənədin müddəalarına görə, dövlət ehtiyacı olan vətəndaşlarla ipoteka müqaviləsi bağlamaqla, bir neçə il ərzində aybaay əvvəlcədən müəyyənləşdirilmiş həcmdə pul ödəməklə vətəndaşa aid olan mənzili, yaxud digər daşınmaz əmlakı ala biləcək. İpoteka müddəti bitdikdən sonra əmlak dövlətin balansına keçəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR