Rusiyalı turistlər bu il də Türkiyəyə və Misirə gedə bilməyəcəklə

136075_res_01Türkiyə və Misir istiqamətləri 2016-cı ildə rusiyalı turistlət üçün açılmayacaq.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Turizm üzrə Federal Agentliyinin direktor müavini Roman Skorıy deyib.

Onun sözlərinə görə, Türkiyə istiqaməti “bu il dəqiq açılmayacaq”: “Sonuncu hadisələr isə göstərdi ki, Misir də, ehtimallara görə, bu il açılmayacaq”.

R.Skorıy qeyd edib ki, Misirin hava məkanındakı uçuşların təhlükəsizliyi yalnız Rusiya turistlərinə aid deyil: “Məsələn, Böyük Britaniya və Avropanın bir çox ölkələri Misirlə hava uçuşların bərpasına tələsmirlər. Əsas problem təhlükəsizlik məsələsidir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR