Rüşvətxorluqda günahlandırılan Anar Abbasov “ərazi”dən niyə qayıtmır?(FOTO)

Безымянный copyXocasən bələdiyyəsinin sədri vətəndaşdan 4 min manat rüşvət istəməkdə ittiham olunur

Bakı şəhəri Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani  küçəsi, ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu Qafqaz Xəbər Agentliyinə müraciət edib.

S.Əliyev Qafqaznews.az-a göndərdiyi şikayət məktubunda bildirib ki, Xocasən bələdiyyəsinin sədri Anar Abbasov onun pul verib sənədlə aldığı torpaq sahəsində ev tikməsinə imkan vermir.

“Binəqədi Rayon İcra hakimiyyətinin Mirpaşa adlı  işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpaqın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyirlər. İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev  tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib. Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən  həmin 3 sot (300 kvadrat metr) torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq və buna dair IMG-20160406-WA0000sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır.  Qeyd edim ki, həmin ərazidə  torpaqları vətəndaşlar bu qaydada  satın alıb üzərində ev tikdirmişdilər. Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa buyurub yoxlayıb ondan sonra qadağa qoysunlar. Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin  sədri Anar Abbasova  istədiyi pulu verib, mənim isə heç bir imkanım yoxdur deyə qanunsuzluqla üzləşmişəm. Evin tikintisini isə qohum-əqraba kömək edir.

Uzun illərdi ailəmlə  iki azyaşlı uşaqla kirayədə yaşayıram.Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısıyam. Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik. Bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələırlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət etmişəm.Mətbuat vasitəsi ilə də prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib xahiş edirəm bu korrupsiya faktını yerində yoxlanılıb qanunu tədbir görülməsinə göstəriş verəsiniz.Yoxlanılsın ki, həmin ərazidə tikilən evlərin mənim sənədlərimdən fərqi var, ya yoxdur”.

IMG-20160406-WA0003Biz S.Əliyevlə əlaqə saxladıq, o bildirdi ki, torpaq sahəsini qanuni şəkildə əldə edib və onun əlavə rüşvət verməyə imkanı yoxdur.

Səfər Əliyevin həyat yoldaşı Vəfa xanım Qafqaznews.az-ın əməkdaşına bildirdi ki, torpaq üçün min cür əziyyətlə topladıqları 4400 manat pul veriblər, əllərində qalan cüzi vəsaitlə isə ev tikmək arsusundadırlar.

“Lakin bələdiyyə sədri və Mirpaşa adlı RİH işçisi bizə imkan vermir. Deyir siz bizdən icazə almalısınız. Anar Abbasov hətta məndən polisə şikayət etdi ki, guya mən bələdiyyə ərazisini zəbt etmişəm. Gəlin, o ərazidə qonşuluqda olan evlərə, həyətlərə baxın. Necə olur ki, qanunu pozan bircə mənəm? Torpağın keçmiş sahibi digər insanlara da orda torpaq satıb, onlar da ev tikiblər. Mənim isə pulum yoxdur, deməli, mənə olmaz”, – deyə vətəndaş bildirib.IMG-20160406-WA0005

Biz məsələyə aydınlıq gətirmək üçün Xocasən Bələdiyyəsinə zəng etdik, mühasib işlədiyini deyən Gülnar xanım bildirdi ki, sədr Anar Abbasov əraziyə çıxıb, nahardan sonra gələcək. Əməkdaşımızdan mobil telefon nömrəsini alan bələdiyyə əməkdaşı məsələ ilə bağlı da maraqlandı və ona Səfər Əliyevin şikayəti barədə məlumat verildi.

Görünür ki, məhz bu məlumatdan sonra, Anar Abbasovla əlaqə saxlamaq ümumiyyətlə “möcüzə”yə çevrildi. Gün boyu dəfələrlə zəng etdik, lakin kim olduğumuzu soruşan bələdiyyə əməkdaşları dərhal “Anar müəllim əraziyə çıxıb” deyə cavab verdilər.

Anar Abbasovun ərazidən qayıtması və mətbuatın suallarına cavab verməsi ümidi ilə, Xocasəndə baş verən digər hallarla bağlı da şikayətləri toplamağa və araşdırmağa başlayacağımızı bildiririk.

İnanırıq ki, yaxın günlərdə hörmətli bələdiyyə sədrini iş yerində tapa biləcəyik.

Tamerlan Zeynallı

Qafqaznews.az

20160411_011820

IMG-20160406-WA0001

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR