Səfirlik: zəlzələdə azərbaycanlılar zərər çəkməyib

20160416-115428link“Yaponiyanın Kumamoto prefekturasında zəlzələ baş verən bölgədə təhsil alan və yaşayan Azərbaycan vətəndaşı yoxdur”.

Modern.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin Twitter səhifəsində məlumat verilib.

Verilən məlumatda deyilir ki, azərbaycanlılar zəlzələ baş verən bölgəyə səfər etməsinlər:

“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin.
Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin məlumatına görə, Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”, – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ötən gecə Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində xeyli tələfat olub. Ölənlərin sayı 13-ə çatıb, yaralıların sayı isə 1000- keçib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR