Şəhid məzarları bayraqla fərqlənəcək – Açıqlama

sehidd“Aprel döyüşlərindən sonra şəhid məzarlarının digərlərindən fərqlənməsi ilə bağlı müraciətlər edilib”.

Qafqaznews.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komistəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, şəhid mərazlarının üzərində və ya yanında Azərbaycan bayrağının qoyulması təklifi nəzərdən keçirilir.

“Türkiyədə, Amerikada şəhid məzarlarının üzərində xüsusi emblemlər olur. Türkiyədə şəhid qəbirləri aypara işarəsi ilə digərlərindən seçilir. Bizə də təkliflər gəldi ki, qəbrin üstündə bayraq şəkli və ya qəbrin yanında bayraq ucaldılsın. Qanunda bütün bunlar var. Yerdə qalan məsələlər Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və yerli icra hakimiyyətlərinə həvalə olunur. Zərurət yarandığı halda isə Nazirlər Kabineti bununla bağlı tövsiyyə və tapşırıqlarını verə bilər. Bu baxımdan şəhid adının əbədiləşdirilməsi qanunda tam olaraq öz əksini tapıb. Digər strukturlar bunun hansı formada olmasını müəyyənləşdirməlidir”-deyə S.Novruzov bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR