Şənbə günü Bakıda 20 dərəcə isti olacaq

img2047411Həftənin şənbə günü, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Musavat.com-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
Axşam buludluluğun artacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21, Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir. Axşam isə ayrı-ayrı qərb rayonlarında qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 9-11-də Abşeron yarımadasında mülayim yaz havası gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR