Sabah 24 dərəcə isti olacaq

buludlu_hava_89Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 17-22, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 13-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 13-14-də Abşeron yarımadasında gözlənilən mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR