Sabah Azərbaycanda havanın temperaturu 3 dərəcə aşağı enəcək

7a996d59-a664-44e7-9111-03517c8caec7_292Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.

Aprelin 29-da Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR