Sahibkar qadın ona yönələn ittihamları təkzib edir-FOTO,VİDEO

moyka8-1-1Martın 31-də kavkaznews.az saytında sahibkar xanım S.Hacıyevanın Azərbaycan prezidenti İlham Əliyevə müraciəti dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, fevralın 11-də Xətai RİH nümayəndələri tərəfindən “KAT” MTK ərazisində avtomobillərə xidmət məntəqəsinin sökülməsi barədə Kavkaznews.az bundan əvvəl xəbər vermiş, bu məsələ ilə bağlı müxtəlif şəxslərdən açıqlama alaraq, dəfələIMG_1076-1rlə dərc etmişdi. Martın 4-də Qafqaznews.az saytında dərc olunan “Xətai RİH qanunu pozduğunu etiraf edir” başlıqlı yazıda bildirilirdi ki, bu müəssisə Xətai RİH-in 9 mart 2005-ci il tarixli sərəncamına əsasən tikilib. 2015-ci il iyulun 13-də Xətai Rayon Məhkəməsi S.Hacıyevanın bu obyekti inşa etmək hüququnu tanıyıb. “KAT” MTK-ya həvalə olunub ki, S.Vəzirov 11 ünvanında yüngül konstruksiyalı avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə şərait yaratsın. O, Qafqaznews.az-a bildirib ki, bu obyektin inşası və fəaliyyətinə icazə 2005-ci il martın 9-da, Xətai RİH tərəfindən verilib.

“O vaxt Xətai RİH başçısı İbrahim Mehdiyev idi və sərəncamda onun adı var. 2010-IMG_1086-1-3-1cu ildə isə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən avtomobillərə texniki xidmət məntəqəsinin eskizi təsdiq olunub. Avtomobillərə xidmət məntəqəsi Xətai Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qərarına baxmayaraq sökülüb. Qərarda deyilir: “Xətai RİH-in 9 mart 2005 tarixli sərəncamına uyğun olaraq, KAT Tikinti-Mənzil Kooperativinə Suleyman Vəzirov 11 ünvanında avtomobillərə texniki xidmət məntəqəsinin inşaatı üçün şərait yaratmaq həvalə olunur”. Xətai rayonunun 4-cü dairəsi üzrə nümayəndəsinin müavini Həsən Rzayev bildirib ki, bu obyekt mövcud qanunvericiliyə əsasən dağıdılıb.

“Onun (Sevinc Hacıyevanın – red.) bu müəssisənin tikintisi üçün müvafiq sənədləri olmayıb”, – deyə H.Rzayev qeyd edib. H.Rzayevin sözlərinə görə, RİH nümayəndələri iki həftə ərzində S.Hacıyevadan lazımi sənədləri təqdim etməyi xahiş ediblər: “Lakin biz hələ də cavab ala bilməmişik”.

Moyka1-2“Sevinc Hacıyeva iddia edir ki, onun Xətai RİH-dən və Xətai Rayon Məhkəməsindən qərarı var”, – deyə əməkdaşımız qeyd edib.

“Əgər məhkəmənin belə bir qərarı varsa, söküntü qanunsuz olaraq həyata keçirilib”, – deyə icra nümayəndəsinin müavini əlavə edib. Aprelin 1-də S.Hacıyevanın vəkili Pərviz Hacılı kavkaznews.az-a bildirib ki, “KAT” MTK ərazisində yaşayan Qədimov Nəsimi və Məmmədov Məhərrəm Xətai Rayon Məhkəməsinin qanunla icazə verilən müddəti bitdiyi halda apellyasiya şikayəti veriblər.

“Onlar bu gecikməni onunla əlaqələndirirlər ki, çıxarılmış qərardan xəbərləri olmayıb”, – deyə vəkil bildirib.moyka4-2

Maraqlıdır, görəsən, şəhərcik sakinləri Məhərrəm Məmmədov və Nəsimi Qədimov bu obyektin sökülməsini niyə tələb ediblər? “Avtomobillərə texniki xidmət məntəqəsi düz bizim pəncərəmiz altındadır. Onun fəaliyyəti sakitliyimizi pozur”, – deyə M.Məmmədov bildirib. Onun sözlərinə görə, məhkəmə orqanları bu obyektin sökülməsinə qərar verib. Lakin nəticədə Xətai RM obyektin bərpasına qərar verib.

“Biz Xətai RM-ə apellyasiya şikayəti vermişik. Bizim şikayətimizdən sonra, Xətai RİH bu obyekti söküb”, – deyə M.Məmmədov qeyd edib. Digər iddiaçı N.Qədimov bildirib ki, S.Hacıyevaya məxsus obyekt onun mənzilinin pəncərəsi altında, 10 metr aralıda tikilib. “Mənim obyektimlə M.Məhərrəmov və N.Qədimovun yaşadığı bina arasında yüz metr məsafə var”, – deyə S.Hacıyeva kavkaznews.az saytına bildirib. Onun sözlərinə görə, bu fakt məhkəmə icraçıları tərəfindən qeydə alınıb.

R.Həsənoğlu

Kavkaznews.az


Bezy-myanny-j-copy-28-1-1-2
moyka9

moyka8

Moyka6

 

moyka3

Moyka2

 





 


IMG_1073
IMG_1074 IMG_1076 IMG_1078 IMG_1079
IMG_1086






IMG_1086-1-2

 






1 (2)
1 (1)1 (3)1 (10)1 (6)

1-21-8

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR