Savçenkonun tezliklə mübadiləsi gözlənilmir

img2052856Vəkil Mark Feygin ukraynalı pilot Nadia Savçenkonun dəyişdirilməsi ilə bağlı razılıq əldə olunması barədə KİV-də yayılan məlumatları təkzib edib.
O “Azadlıq Radiosu”na müsahibəsində həqiqətən də bununla bağlı danışıqlar aparıldığını, amma Savçenkonun yaxın günlərdə vətəninə verilməsinin mümkünlüyünün çox az olduğunu deyib.
 O deyib ki, problem beynəlxalq aləm və Kiyevdə yox, Kremldədir. O həmçinin qeyd edib ki, bu məsələ yalnız siyasi yolla həll oluna bilər. Rusiya məhkəməsi 2016-cı il martın 22-də Savçenkonu 22 il azadlıqdan məhrum edib.
O 2014-cü ilin yayında Luqansk ətrafında iki Rusiya jurnalistinin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur.
Savçenko ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya aparıldığını deyir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR