Saxta pul kəsən dəstə tutuldu – VİDEO

img2056973Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədli Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10000 saxta manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslərdən külli miqdarda saxta pul əsginazları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvləri bildiriblər ki, saxta pul əsginazlarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əsginazlarından çətinliklə seçilir.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanıb.  Araşdırmalar davam etdirilir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR