Bu dəhşətli kadrlar Səudiyyə Ərəbistanın Cavazan vilayətinin Əl-Dayir şəhərindəndir
Qafqaznews.az faktxəbər.com-a istinadən bildirir ki, kadrlarda görünür ki, daşqınların ortasında qalan avtomobillər az sonra selə təslim olurlar.
Qeyd elək ki, Ərəbistan yarımadası təbii fəlakətin cəngindədir. Leysan yağışları, güclü külək və böyük dolularla müşaiyət olunan tufanlı havadan, əsasən, Səudiyyə Ərəbistanı və Oman zərər görüb.
Şahidlər gözlənilmədən gələn selin körpünü necə yuması anını kadrlara ala biliblər.
Səudiyyə Ərəbistanında bundan əlavə qum tufanları da fəallaşıb. Bəzi iri yaşayış məntəqələri isə dolunun əsarətində qalıblar.