Şimali Koreya Əmək Partiyası son 36 ildə ilk qurultayını keçirəcək

img2066233Şimali Koreyada  son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayını keçirəcək.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hakim Əmək Partiyasının sayca VII qurultayı mayın 6-a planlaşdırılıb.
Qeyd edək ki, sonuncu dəfə partiyanın qurultayı 1980-ci ildə keçirilib. Qurultayda 1978-1984-cü illəri əhatə etmiş 7 illik dövlət planı qəbul olunub.
Şimali Koreyada Əmək Partiyasından başqa Sosial-Demokratik Partiya və “Çxondoqe-Çxonudan Yolunun Gənc Dostları” partiyası fəaliyyət göstərir. Hər iki partiya Əmək Partiyasının nəzarəti altında fəaliyyət göstərir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR