Sıravi deputatlar

6167fpublika.az1434092038fezail_ibrahimli_2015-300x2411-300x220-2Aprelin 15-də Milli Məclisin (MM) plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklik 4 ay əvvəl qüvvəyə minən, İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi ilə əlaqədardır. İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir. Millət vəkili Elmira Axundova Milli Məclisin 4 ay əvvəl qəbul etdiyi qanunun ləğvini düzgün saymayıb.

Spiker Oqtay Əsədov isə ötən illərdə çoxlu sayda qanun layihələrinin geri qaytarıldığını xatırladıb: “Elmira xanım, siz bu məsələyə niyə belə reaksiya verirsiniz?”. Məsələ Milli Məclisdə səs verməyə çıxarılaraq qəbul edilib və övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza ləğv edilib (APA) Milli Məclisun üzvü Fəzail İbrahimli Kavkaznews.az-a bildirib ki, o, sıravi deputatdır.

“Milli Məclisin rəhbərliyi bizə qanun layihəsi təqdim edir və biz onu səs çoxluğu ilə qəbul edirik”, – deyə deputat bildirib. Onun sözlərinə görə, məktəblərdə disiplinlə bağlı problemlər yarananda sözügedən əlavə qəbul edilmişdi. “Lakin neqativ hallar ortaya çıxdıqda bu əlavəni ləğv etdik”, – deyə Fəzail İbrahimli vurğulayıb. “Söhbət hansı neqativ hallardan gedir?” – deyə soruşduq.

“Axı valideynlər öz uşaqlarının dərs buraxmasına görə cərimə ödəməli olurdu. Buna görə də, biz bu əlavəni ləğv etdik”, – deyə deputat bildirib. “Axı siz bu əlavəni səs çoxluğu ilə qəbul etmişdiniz”, – deyə xatırlatdıq. “Dünən qəbulediləsi saydığımız bu gün qəbuledilməz sayıla bilər”, – deyə F.ibrahimli cavab verdi.

Rəşad Rüstəmov

Kavkaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR