Somalidə öldürülən Kəmalənin cənazəsi bu gecə Bakıya gətiriləcək

kamilaSomalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kəmalə İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək.

Bu barədə Trend-ə mərhumun yaxınları məlumat veriblər.

Məlumata əsasən, cənazə artıq İstanbuldadır və meyitin Bakıya gətirilməsi üçün hazırlıqlara başlanıb. K.İsmayılovanın cənazəsi aprelin 2-də İstanbul hava limanından J-28080 İstanbul-Bakı aviareysi ilə Bakı vaxtı ilə saat 23:30-da paytaxtımıza yola salınacaq.

Aprelin 3-də Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn mərasimi keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR