Şovkovski yalnız Pele və Şlosserdən geri qalır

430060Aprelin 24-də Kiyev “Dinamo”su növbəti dəfə Ukrayna çempionu oldu. SSRİ dönəmindəki titullar da nəzərə alınsa, bu, Kiyev təmsilçisinin 28-ci çempionluğudur.

Qafqaznews.az goal.az-a istinadən xəbər verir ki, “Dinamo”nun veteran qapıçısı Aleksandr Şovkovskikaryerasında 14-cü dəfə Ukrayna çempionatının qalibi olub. 41 yaşlı qolkiper bu göstəriciyə görə yalnız Pele (17) və macar İmre Şlosserdən (16) geri qalır. Şlosserin aktivində 1915-ci ilə təsadüf edən 2 çempionluq var. Pelenin isə San Paulu ştatı və Braziliya çempionluğu ayrılıqda hesaba alınıb. Şovkovski ilə eyni göstərici keçmiş Çexoslovakiyanın futbolçusu İrji Novotnıya aiddir.

Şovskovskinin çempion olduğu mövsümlər: 1993/94, 1994/95, 1995/96, 1996/97, 1997/98, 1998/99, 1999/00, 2000/01, 2002/03, 2003/04, 2006/07, 2008/09, 2014/15, 2015/16

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR