Stoltenberq: “Rusiya təsir dairəsini bərpa etməyə çalışır”

img2048926Rusiya sərhədləri ətrafında öz təsir dairəsini bərpa etməyə çalışır
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Rusiya sərhədləri ətrafında təsir dairəsini bərpa etməyə çalışır. Bu qəbuledilməzdir, çünki bu beynəlxalq norma və dövlətlərin ərazi bütövlüyünü pozur”, deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə, Suriyada rəsmi Moskvanın əsas məqsədi prezident Bəşər Əsədi müdafiə etməkdir: “Bu məqsədlə ruslar orada qoşun yerləşdiriblər. Hərbi kontingentin azaldılmasına baxmayaraq, Rusiya öz hərbi iştirakını Suriyada saxlayır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR