“Su kanalının kənarından yığmışam” – Keçmiş məhkum yarım kilo marixuana ilə tutuldu-VİDEO

Снимок“Açıq yerdə sərib, qurutdum, sonra da kolluqda gizlətdim”
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları şübhə çəkən rayon sakinini saxlayıblar. Qapanlı kənd sakini 23 yaşlı Samir İsmayılovun üzərinə baxış zaman sellofan torbaya bükülü halda olan 466, 97 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Mingəçevirdə ofisiant işləyən İsmayılov narkotik vasitəni şəxsi istifadəsi üçün Qapanlı kəndinin ərazisindən keçən su kanalının kənarından yığdığını və Qaracəmirli kəndi ərazisində qurudaraq gizlətdiyini, indi isə gətirərkən polis tərəfindən yaxalandığını bildirib.
Samir İsmayılov 2013-cü ildə törətdiyi oğurluqla bağlı məhkumluq həyatı yaşayıb. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR