Sumqayıt daha bir şəhidi ilə vidalaşdı

600@0Gənclər şəhidin cənazəsini coşğuyla şəhidlər xiyabanına yola salıblar

Sumqayıt daha bir şəhidi ilə vidalaşıb. ANS TV-nin məlumatına görə, silahlı qüvvələrimizin Sumqayıt şəhərindən hərbi xidmətə çağırılan əsgəri Bayramov Şulan Bayram oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidin cənazəsi bu gün səhər saatlarında ailəsinə təhvil verilib. Hazırda hərbi xidmətdə olan Turan Bayramov qardaşını son mənzilə yola salmaq üçün gəldiyini və qardaşının şəhid olması ilə fəxr etdiyini söylədi.

Yaşadığı mənzildə şəhidlə vida mərasiminə toplaşanlar arasında sadə sumqayıtlıdan millət vəkillərinə qədər hər kəs toplaşmışdı. Sumqayıt gəncləri şəhidin cənazəsini şəhidlər xiyabanına coşğuyla yola salıblar.

Yol boyu müxtəlif şüarlar səsləndirən gənclər şəhidin mənzilindən  xiyabana qədər piyada yürüş etdilər. Dəfn mərasiminə yüzlərlə sumqayıtlı toplaşıb. Şəhidi torpağa tapşırandan sonra havaya yaylım atəşi açılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR