Sumqayıtda reket prokurorun adından istifadə edir?

Bezy-myanny-j-copy-42Müasir Azərbaycanda bütün bəlalarda məmurları günahlandırmaq adətə çevrilib. Bir çox hallarda bu ittihamlar tamamilə əsaslı olur. Amma əhalinin qarət olunmasında təkcə məmurlar yox, onların çoxsaylı qohumları da iştirak edirlər. Bu günlərdə kavkaznews.az saytına Sumqayıt sakini Zaur İsmayılov müraciət edib. Z.İsmayılov bizə bildirib ki, 2013-cü ildə şəxsi həyət evi tikmək üçün torpaq sahəsi almaq niyyətindəydi. “2013-cü il mart ayında Corat qəsəbəsinin 2-ci məhəlləsində 3 sot torpağı 16700 dollara almaq barədə Hacıbaba adlı şəxslə razılaşdıq.IMG_1495

Hacıbaba Mədətov  onun Corat qəsəbəsi , 2-ci məhəllədə olan torpaq sahəsini mənim adıma sənədləşdirəcəyini dedi. 2013-cü il iyul ayına qədər Hacıbaba Mədətov əvvəl 5200 dollar, sonra da 3800 dollar olmaqla   məndən 9 min dollara yaxın pul aldı və vaxtı aylarla uzatdı. Məlum oldu ki, həmin torpaq Məmmədova Nəzakətin adınadır.

Hacıbaba Mədətov həmin qadını məhkəməyə versə də, bütün məhkəmə instansiyalarında uduzdu. Sonra mən ondan pulu istədikdə o müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etdi, bütün pulları məhkəməyə xərclədiyini dedi. 2014-cü ildə Etibar Abdullayev adlı şəxslə  tanış oldum. Etibar Sumqayıtın ovaxtkı prokuroru Dağlar Zeynalovla qohum olduğunu (Ədliyyə Nazirliyi Baş İcra İdarəsinin sabiq rəisi Xanlar Zeynalovun qardaşı – red.) deyərək, mənə pulu qaytarmaqda kömək edəcəyini vəd etdi. 2014-cü il iyun ayının 28-də Etibar mənim də olduğum məclisdə bir dəstə dollar əskinasını Hacıbabadan aldı (mən masanın ütsündə nə qədər pul olduğunu görmədim), sonra isə çiynini mən tərəfdə tutub, 5 min dolları uzatdı mənə. Çöldə isə dedi ki, Hacıbaba 4 min dolları üç günə bizə çatdırmağa söz verib”.

IMG_1498Z.İsmayılovun sözlərinə görə, E.Abdullayevin H.Mədətovdan nə qədər pul aldığından xəbəri olmayıb: “Etibar Abdullayev məndən 500 dollar da “şirinlik” aldı, söz verdi ki, pulu tam almağa kömək edəcək. Bunun üstündən 2 həftəyə yaxın vaxt keçdi, Hacıbabadan öyrəndim ki, o Etibara 8 min dollar verib, Etibar isə ona 1 min dolları “hədiyyə edib”.

Etibardan mənim pulumu hansı əsasla hədiyyə etdiyini soruşdum, o isə dedi pulu mənə qaytarmayacaq”, – deyə Z.İsmayılov qeyd edib. Əməkdaşımız Zaur İsmayılovun sözlərində həqiqət olub-olmadığını müəyyən etmək üçün Etibar Abdullayevlə əlaqə saxlayıb.

“Mən Zaur İsmayılovun danışıqlarında iştirak etməmişəm. Zaur özü Hacıbaba ilə danışıb və ondan üç min manat aldı. Mən həqiqətən ondan üç min manat aldım, bu borcu mütləq qaytaracam. Dağlar Zeynalovun qohumu deyiləm”, – deyə E.Abdullayev bizə bildirib. Biz Hacıbaba Mədətovun da fikrini öyrənməyə çalışdıq. “Etibar Abdullayev məndən pulu qaytarmağı Zaur İsmayılovla birlikdə tələb edib”, – deyə H.Mədətov Kavkaznews.az-a bildirib.

Rəşad Rüstəmov

Kavkaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR