Suriyanın bərpası üçün nə qədər pul lazımdı?

242421Müharibədən zərər çəkən Suriyanın bərpası ən azı 150 milyard ABŞ dollarına başa gələcək, lakin bu məbləğ 180 milyard dollaradək arta bilər. “SalamNews”un “Islam-today”a istinadla verdiyi xəbərə görə, bu rəqəmləri Dünya Bankının rəhbəri Cim En Kim açıqlayıb.
O, həmçinin neft hasil edən qonşu ölkələrin neftin qiymətinin kəskin ucuzlaşması səbəbilə artıq Suriyaya tam yardım göstərə bilməyəcəklərindən narahatlığını ifadə edib, belə ki, bu dövlətlərin özləri ciddi büdcə defisiti ilə üzləşiblər. Bu səbəblə Suriya vəsaitin əsas hissəsini kredit şəklində Dünya Bankından götürməli olacaq.
Bildirək ki, Dünya Bankı çoxtərəfli kredit müəssisəsidir, məqsədi isə inkişaf etməkdə olan dövlətlərdə həyat səviyyəsinin yüksəldilməsidir.
Dünya Bankı tərəfindən bu və ya digər ölkəyə konkret layihələrin maliyyələşdirilməsi üçün verilən hər bir borca kredit alan ölkə hökuməti tərəfindən zəmanət verilməlidir.
Dünya Bankı ilə əməkdaşlıq sərfəlidir, çünki onda faiz dərəcələri digər beynəlxalq kreditorlarla müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR