Sürücü sıxışıb qaldığı maşından belə xilas edildi – 2 “Shacman” toqquşub aşdı (VİDEO)

q2Paytaxtın Xətai rayonunda, Zığ şossesi ilə Gəncə prospektinin kəsişməsində ağır yol qəzası qeydə alınıb.

24 yaşlı Amil Əsədovun idarə etdiyi “Shacman”la onun yoluna çıxan eyni markalı digər yük maşını toqquşub. Hər iki nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində sürücü Amil Əsədov və yanındakı sərnişini Bəhruz yaralanıblar. Sonuncu yük maşınının kabinəsinə sıxılmış vəziyyətdə qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıblar. Bəhruz xüsusi alət və avadanlıqların köməyi ilə maşından çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib.

Amil Əsədovun sözlərinə görə, idarə etdiyi “Shacman” yüklü olub və əyləci nə qədər bassa da toqquşmadan qaça bilməyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR