Təyyarədə doğulan körpəyə aviaşirkətin adı verilib

img2069651Aprelin 22-də Sinqapurdan Myanmaya uçan “Jetstar” aviaşirkətinin təyyarəsində oğlan uşağı dünyaya gəlib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Jetstar” şirkəti öz “Facebook” hesabında məlumat yayıb.
Məlumata görə, hadisə şirkətin tarixində ilk dəfə olaraq baş verib. Körpəyə nəqliyyat firmasının şərəfinə Sou Jet Star adı verilib. Doğuşu təyyarədə olan üç nəfərdən ibarət həkimlər dəstəsi  həyata keçirib. Aviaşirkətin nümayəndələri körpəyə 750 dollar pul veriləcəyini də bildiriblər.
Doğuşdan sonra təyyarə Yanqon şəhərinə təcili eniş edib. Ana və körpə xəstəxanaya yerləşdirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR