Teleqraf.com saytında dərc olunan məqalə yəhudi icmalarının liderlərini hiddətləndirdi-FOTO

Безымянный copySemyon İxiilov: “Tamamilə mümkündür ki, bu məqalə Azərbaycan və İsrail arasındakı əlaqələri korlamağa çalışan ermənilərin sifarişi olsun”

Aprelin 25-də Qafqaznews.az saytında “Konstitusiya Məhkəməsi işlər müdirinin adı sələm qalmaqalında” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə deyilirdi: “Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Almaniyada yaşayan gəncəli iş adamı Elxan Yaşar oğlu Axundov Bakıda məmurlarla ortaq olan işbazlar tərəfindən aldadıldığını və nəticədə anası, yəhudiəsilli Marus Yevda qızı Axundovaya məxsus mənzilin mənimsənildiyini bildirib.

E.Axundov Qafqaznews.az-a bildirib ki, 3 il bundan əvvəl ortaq tanışlar vasitəsi ilə əslən Qərbi Azərbaycandan olan, Gəncədə yaşamış Sidqi Abbasov adlı şəxslə tanış olub. Şikayətçinin sözlərinə görə, Sidqi Abbasovun Bakıda bir neçə yerdə, o cümlədən Mərkəzi Univermaqda (MUM) qızıl mağazaları, lombardları var.13101230_1708067299453140_1683016998_n-1-112596005_1708067436119793_1004536606_n-1

“O, mənə təklif etdi ki, Almaniyada birgə biznes açaq, avtomobil satışı ilə məşğul olaq. Birlikdə şirkət açdıq, həmin şirkətin əsasnamə kapitalı 25 min avro oldu. Hər birimiz 50 faiz pay şəriki sayılırdıq. Bakıya gələndə Sidqi məni Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətovla tanış etdi, birlikdə yeyib-içdik. Sidqi biznesdəki sərmayəsinin, o cümlədən Almaniyada işə qoyduğu pulun da Akifə məxsus olduğunu dedi. Bir müddət sonra mənə təcili pul lazım oldu, Sidqidən 30 min manat borc istədim.

O mənə dedi ki, məndə Akif müəllimin pulu var, onu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilərəm. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəflər anam Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq anamın adına olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyduq. Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Borcun müddəti iki il olsa da, mən il yarım ərzində onun borcunu tam şəkildə ödədim, hətta 9 min faizödənişini də verdim. Şahidlərim və sübutlarım da var. Sonuncu dəfə dostum Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhanəylə boyun qaçırıb.13101296_1708073009452569_351669710_n-1

Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi məndən xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi. O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və əmisioğlunun xeyrinə qərar çıxararaq, evi onun adına keçirib. Mənim oğlum da təhlükədədir, bankda çalışır, Sidqi onun cibinə narkotik atdırıb tutdurmaq istəyir”.

13090503_1708067219453148_1490639109_n-1Bu məqalədə Sidqi  Abbasovun da sözlərinə yer verilmiş, aprelin 27-də isə Konstitusiya Məhkəməsi işlər müdiri Akif Hümbətovdan münasibət öyrənilərək Qafqaznews.az-da dərc olunmuşdu. Aprelin 28-də kavkaznews.az-a Elxan Axundovun anası Marus Axundova müraciət edərək bildirdi: “Məni nəinki mənzilimdən məhrum etmək istəyirlər, həm də böhtan atırlar. Aprelin 28-də Teleqraf.com saytında dərc olunan “Bakıdan Almaniyaya qaçan erməni əsilli dələduzun əməlləri” başlıqlı yazı dərc olunub.

Həmin yazıda Sidqi Abbasovun dilindən yazılıb ki, guya mən erməniyəm. Mən milliyyətcə dağ yəhudisiyəm və Oğuz rayonun yəhudi qəsəbəsində doğulmuşam. Mən bu böhtanla barışmayacam və həm Sidqi Abbasovu, həm də bu saytı məhkəməyə verəcəyəm”. O, qızlıq soyadının Mixaylova olduğunu da əlavə etdi. Biz Marus Axundovanın sözlərinin həqiqətə uyğun olub-olmadığını yoxlamağa çalışdıq. Sözügedən məqalədəki başlıq dırnaqda deyildi və buna görə də, başlıq müəllifin fikri kimi nəzərə çarpırdı. Yazıda Sidqi Abbasovdan sitat gətirilir: “Elxan Axundovun anası Marus əslən ermənidir. Elxan Axundov erməni qohumları vasitəsi ilə Almaniyada sığınacaq alıb və indi də böhtan xarakterli məlumatlar yayır”.13181207_1713553618904508_1828532337_n

Xatırdaq ki, Azərbaycanimage013 xalqı həmişə öz tolerantlığı ilə fərqlənib. Hətta bu gün, Azərbaycanın 20 faizdən çox ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, rəsmi statistikaya görə Azərbaycanda 30 mindən çox erməni yaşayır. Amma bu o demək deyil ki, ölkədə kimi gəldi “erməni” adlandırmaq olar. Marus Axundova doğrudanmı dağ yəhudisidir? Bu sualla Dağ Yəhudiləri İcmasının sədrinin köməkçisi Rafik Mixaylovla əlaqə saxladıq. R.Mixaylov onun həqiqətən də dağ yəhudisi olduğunu təsdiqlədi. Dağ Yəhudiləri İcmasının sabiq sədri Semyon İxiilov bildirdi ki, azərbaycanlılar hər zaman digər milliyyətlərə qarşı tolerantlıqları ilə fərqləniblər. “Biz Azərbaycan yəhudilərinin üzərinə İsrail və Azərbaycan arasında dostluğu möhkəmləndirmək kimi böyük bir missiya düşüb. Tamamilə mümkündür ki, bu məqalə Azərbaycan və İsrail arasındakı əlaqələri korlamağa çalışan ermənilərin sifarişi olsun”.

“Krasnaya Sloboda” Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Yusifoviç Semanduyev də bu məqalədən hiddətləndiyini vurğuladı. “Hansı əsasla Teleqraf.com Sidqi Abbasovun Marus Axundova haqqında səsləndirdiyi bu iddiaları dərc edir? Onlara bu haqqı kim verib?”, – deyə B.Semanduyev etiraz etdi.Semyon-Ihiilov-big

Avropa Yəhudiləri Sinaqoqunun administratoru İlqar İsrafilov bildirib ki, əgər Marus Axundovanın yəhudi olması barədə sübutu varsa, o zaman onun “erməni” olması barədə iddialar böhtandır və bu, qanunla cinayət əməli hesab olunur. Biz Teleqraf.com saytının daxil olduğu “Gündəlik Teleq2016-03-14-15-41-05aynurraf” media şirkətinin rəhbəri Aynur Camalqızının da münasibətini öyrənməyə çalışdıq.  “Qoy Marus Axundova bizi məhkəməyə versin. Bizi bu narahat eləmir”, – deyə A.Camalqızı Kavkaznews.az-a bildirdi.

“Semyon İxiilov bildirdi ki, çox güman, bu məqalə Azərbaycan-İsrail əlaqələrini korlamaq istəyən ermənilərin sifarişidir…” – deyə qeyd etdik. “Sizin işiniz-gücünüz yoxdur?” – deyə Aynur Camalqızı dəstəyi asdı.

Rəşad Rüstəmov

Kavkaznews.az
13106673_223847947988606_847302486_o (1) 13120491_223847951321939_932186788_o (1) 13101580_983589288373980_1578642391_n 13081769_983589275040648_1114322417_n 13101412_983589285040647_1025624130_n 13115756_983589278373981_2056854328_n

IMG_1704 IMG_1702 IMG_1703

IMG_1701

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR