Texasda ABŞ-ın ən iri ikinci neft-kimya kompleksi yanır

img2049874ABŞ-ın ən iri ikinci neft-kimya və neft emalı kompleksində güclü yanğın baş verib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident “ExxonMobil” neft şirkətinin Texas ştatı Beytaun şəhərində yerləşən zavodunda baş verib.
 
Yayılmış görüntülərə əsasən, istehsal obyektlərindən birini əhatə edən yanğının hündürlüyü 10 metrə çatıb. Hadisə yerinə cəlb olunan çoxlu sayda yanğınsöndürmə briqadası yanğının digər binalara keçməsinin qarşısını alırlar.
Məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri barədə məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR