Türk nobelçi: “Məqaləmi rədd etdilər”

4244492015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülən türk alim Əziz Sancar məqaləsinin rədd edildiyini açıqlayıb

Qafqaznews.az axar.az-a istinadən bildirir ki, ABŞ-da iştirak etdiyi bir konfransda gənclərə tövsiyələr verən Əziz Sancar onları həvəsdən düşməməyə çağırıb. Məşhur alim məqaləsinin rədd edilməsi ilə bağlı tarixçəni də danışıb:

“Nobel mükafatı aldıqdan sonra bir dərgiyə məqalə göndərdim. Öz-özümə düşündüm ki, artıq Nobel almışam, yəqin, yayımlayarlar. Ancaq dörd mütəxəssis məqaləm haqda düz 8 səhifəlik tənqidi yazı yazdı və məqaləm rədd edildi. Ümidsizliyə qapılmayın, gördüyünüz kimi, Nobel mükafatı almış birinin məqaləsi rədd olunur. Siz daim doğru istiqamətdə çalışsanız, bunun faydasını görəcəksiniz”.

Qeyd edək ki, Əziz Sancar zədələnən DNK-ların araşdırılması istiqamətində gördüyü işlərə görə 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR