Türkiyə 60 saniyədə hər şeyini itirə bilər

publika.az1460811520d8af5eda-b62b-448d-b2b4-12d66fe86617“Yeni dünyada genişmiqyaslı kiber hücumla Türkiyə 60 saniyədə hər şeyini itirə bilər”.
Publika.az xəbər verir ki, bu barədə “Havelsan” (Hava Elektronik Sənaye) rəhbəri Yücel Bağrıaçık bildirib.
Onun sözlərinə görə, Türkiyədə kiber müdafiə sahəsində istifadə olunan ləvazimatların 97 faizi xaricdən idxal olunur: “Cəmi 3 faizi yerli istehsaldır. Bu sayı artırmaq məcburiyyətindəyik. Əgər yeni bir kiber müharibə olarsa, 1 dəqiqə içində hər şeyimizi itirə bilərik. Ötən il 5 dəqiqəlik hücumla elektrik enerjisi dayandı. Əgər bu cür hallarla qarşılaşmaq istəmiriksə, o zaman 97 faizlik idxalı 3 faizə endirməli, yerli istehsalı isə 97 faizə çatdırmalıyıq”.
“Havelsan” rəhbəri vətəndaşlara sosial şəbəkələrdə şəxsi məlumatları paylaşmamaq tövsiyəsini də verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR