Türkiyədə separatçı jurnalist öldürüldü

1461997096_1Hadisə təhlükəsizlik qüvvələri ilə separatçı jurnalist arasında meydana gələn insident zamanı baş verib.
Türkiyədə separatçı “Kürd Fəhlə Partiyası”nın (PKK) üzvü olan jurnalist öldürülüb. Anspress-in məlumatına görə, hadisə Türkiyənin Suriya ilə sərhədindəki Mardin vilayətinin Nusaybin rayonunda baş verib.
Hadisə Türkiyə təhlükəsizlik qüvvələri ilə separatçı jurnalist arasında meydana gələn insident zamanı baş verib. Jurnalist İ.T.nin “Dəclə Xəbər Agentliyi”nin (DİHA) Batman vilayəti üzrə müxbiri olduğu bildirilir.
Komendant saatını pozaraq küçəyə çıxan jurnalistin polisə atəş açdığı, qarşı atəşlə öldürüldüyü qeyd edilib.
Batman vilayətinin şəhər mərkəzindəki Yavuzsəlim məhəlləsində yaşayan terrorçu jurnalistin həm də separatçı PKK-nın mətbuorqanı olan “Özgür Gündem” qəzetinin də paylayıcısı olduğu bildirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR