Türkiyə konsulluğu bombalandı

421838İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan beynəlxalq koalisiyaya məxsus qırıcılar Türkiyənin Mosul əyalətindəki konsulluq binasını bombardıman edib.

Qafqaznews.az  anspress-ə istinadən bildirir ki, Türkiyəyə aid inzibati bina yerlə bir olaraq istifadəyə yararsız hala düşüb.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hadisənin rəsmi Ankaranın məlumatı və izni ilə baş verdiyini bildirib.

Bəyanatda, 2014-cü ilin iyun ayından İŞİD terrorçularının işğalı altında olan Mosul konsulluğunun yerləşdiyi yaşayış massivinin 2016-ci il 4 aprel tarixdə saat 03.00-də İŞİD-ə qarşı beynəlxalq koalisiyaya aid qırıcılar tərəfindən darmadağın edildiyi bildirilir.

“Həmin əməliyyatın hazırlıq və həyata keçirilməsinə dair bütün mərhələlərdə ölkəmizə məlumat verilərək təsdiqi alınıb”.

Bəyanatda Türkiyənin İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiyaya əvvəldən bəri dəstək verdiyi bildirilib.

2014-cü ilin iyun ayında Mosul konsulluğunun 49 türk diplomatı İŞİD tərəfindən girov götürülmüş, 101 gün əsir saxlanıldıqdan sonra sentyabrın 20-də Türkiyənin keçiridiyi xüsusi əməliyyatla azad edilmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR