Ukrayna Premyer Liqası “6-lıq” sisteminə keçib

bd0d7b91-c596-46fe-90ba-48805e994379_292Futbol üzrə Ukrayna Premyer Liqasında komandaların sayı 14-dən 12-yə endirilib

“Report”un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib.

Növbəti mövsümdən bu ölkədə çempionat iki mərhələdə keçiriləcək. İlkin mərhələdə komandalar iki dövrə mübarizə aparacaqlar. Komandaların mövqeləri müəyyənləşdikdən sonra ikinci mərhələdə onlar iki qrupa bölünəcəklər. İlk “6-lıq”dakı komandalar öz aralarında çempionluq və Avropa kuboklarına vəsiqə uğrunda yarışacaqlar. 7 – 12-ci yerləri tutanlar isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, 2015-2016 mövsümündə Ukrayna çempionluğunu Kiyev “Dinamo”su əldə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR