Ukrayna Radası yeni baş nazirə səs verməyə hazırlaşır

img2053313Ukrayna parlamenti baş nazir Arseni Yatsenyuku əvəzləyəcək hökumət başçısına səs verməyə hazırlaşır
Baş nazir istefaya çıxacağını bazar günü elan edib. Cənab Yatsenyukun rəhbərlik etdiyi hökumət laqeydlik və korrupsiyada ittiham olunur.
Prezident Petro Poroşenko baş nazir vəzifəsinə parlamentin sədrinin namizədliyini təklif edib.
Hərçənd ki, Vladimir Qroysmanın bu vəzifəni tutmağa razılıq verib-vermədiyi barədə məlumatlar ziddiyyətlidir.
BBC müxbiri Tom Burridge bildirir ki, çərşənbə axşamı islahatpərəst hökumətin qurulması istiqamətində irəliləyişin olmaması barədə xəbər Berlin və Washingtonda məyusluqla qarşılana bilər. Moskvanı isə bu xəbər razı salacaq, BBC müxbiri yazır.
Son həftələr ərzində Qərb tərəfindən dəstəklənən hökumətin islahat proqramları dayanıb və islahatçı sayılan bir neçə yüksək rütbəli rəsmi hökuməti tərk edib.
Onların arasında iqtisadiyyat naziri Aivaras Abromavicius da var. O, hökuməti korrupsiyaya qarşı mübarizədə kifayət qədər fəal olmamaqda tənqid edir.
Cənab Yatsenyuk baş nazir vəzifəsinə kütləvi etirazlar ardınca prezident Viktor Yanukoviçin devrilməsindən sonra təyin olunub.
Siyasi böhran fonunda Beynəlxalq Valyuta Fondu, islahatların keçirilmədiyi təqdirdə Ukraynaya maliyyə yardımının dayandırılacağı barədə xəbərdarlıqla çıxış edib (BBC).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR