Vəkil: “Qulu Məhərrəmli və vəkili məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb”

c995201b10bddb4abba7c690b33857b4Aprelin 26-da Səbail rayon Məhkəməsində Qulu Məhərrəmlinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Carçıfilm” Yaradıcılıq Birliyinin direktor müavini Rauf Rəcəbova qarşı iddiası əsasında məhkəmə iclasının təxirə salınmasına Qulu Məhərrəmli və vəkilinin prosesə gəlməmələri səbəb olub. Bunu APA-ya R. Rəcəbovun vəkili Elnur Quliyev deyib. O bildirib ki, növbəti proses aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, aprelin 26-da Q. Məhərrəmlinin vəkili Nicat Gözəlov isə APA-ya deyib ki, Rauf Rəcəbovun vəkili prosesin təxirə salınmasını xahiş etdiyi üçün məhkəmə prosesi aprelin 28-nə təyin olunub. Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında  iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. O, iddia ərizəsində AzTV tərəfindən barəsində çəkilən videoda R. Rəcəbovun təhqir səsləndirdiyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR