Venesuelada elektrik enerjisinə qənaət məqsədilə cümə günü qeyri-iş günü elan edilib

a2e7a56c-a639-47cc-84db-fbfe378b071c_292Venesuelada həftəlik iş günlərinin sayı 5-dən 4-ə endirilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu addım elektrik enerjisinə qənaət məqsədilə atılıb.

Müddəti 2 ay olan müvafiq fərmanı Cənubi Amerika ölkəsinin prezidenti Nikolas Maduro imzalayıb.

Fərmana əsasən, bu gündən etibarən iyunun 6-dək cümə günləri qeyri-iş günü hesab olunacaq. Maraqlıdır ki, sənəddə bu azalmanın yalnız dövlət sektorunda çalışanlara, yoxsa həmçinin özəl sahədə işləyənlərə şamil edilməsiylə bağlı müəyyənlik yoxdur.

Prezident N.Maduro eyni zamanda vətəndaşlara müraciət edərək elektrik məişət texnikası və kondisionerlərin istifadəsində məsuliyyətli olmağa çağırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR