Viski oğurluğu anbaaan kameraya düşdü (VİDEO)

kameradaoqru1Bakıda mağazanın müşahidə kamerası oğurluq anını qeydə alıb.
Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
 Kamera görüntülərində marketə iki gənc daxil olur. Onlar bahalı içkilər olan rəfə yaxınlaşırlar. Gənclərdən biri bahalı viskini götürür. Viskini gödəkçəsinin altında gizlədən gənc şübhə yaratmamaq üçün marketdəki digər mallara baxır. Oğrular mallara baxsalar da, heç nə almırlar və marketi tərk edirlər.
Market sahibi hadisə ilə bağlı polisə məlumat verib. Polis əməkdaşları kamera görüntüləri əsasında oğruları axtarır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR