Xətai RİH-də hər kəs istədiyini edir-FOTO,VİDEO

1433916731_2-1Fevralın 11-də Xətai RİH nümayəndələri tərəfindən “KAT” MTK ərazisində avtomobillərə xidmət məntəqəsinin sökülməsi barədə Kavkaznews.az bundan əvvəl xəbər vermiş, bu məsələ ilə bağlı müxtəlif şəxslərdən açıqlama alaraq, dəfələrlə dərc etmişdi. Bununla yanaşı xatırladaq ki, bu müəssisə Xətai RİH-in 9 mart 2005-ci il tarixli sərəncamına əsasən tikilib. 2015-ci il iyulun 13-də Xətai Rayon Məhkəməsi S.Hacıyevanın bu obyekti inşa etmək hüququnu tanıyıb.

“KAT” MTK-ya həvalə olunub ki, S.Vəzirov 11 ünvanında yüngül konstruksiyalı avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə şərait yaratsın.Fevralın 19-da biz bu araşdırmanı davam etməyi və Sevinc Hacıyevaya məxsus obyektin sökülməsi barədə əmrin kim tərəfindən verildiyini öyrənməyi qərara aldıq. Bununla yanaşı, xatırladaq ki, SIMG_1076-1-1.Hacıyeva sözügedən obyektin tikilməsi ilə bağlı sərəncam 2005-ci ildə ovaxtkı RİH başçısı (hazırda Yasamal rayonunun icra başçısı) İbrahim Mehdiyev tərəfindən verildiyini bildirib: “2010-cu ildə Xətai RİH-in memarı Vadim Surxayev avtomobillərə texniki xidmət məntəqəsini təsdiq edib”.

Xətai rayonun 4-cü daMoyka1-3irəsi üzrə nümayəndəsinin müavini Həsən Rzayev bildirib ki, bu obyekt mövcud qanunvericiliyə əsasən dağıdılıb. “Onun (Sevinc Hacıyevanın – red.) bu müəssisənin tikintisi üçün müvafiq sənədləri olmayıb”, – deyə H.Rzayev qeyd edib.

H.Rzayevin sözlərinə görə, RİH nümayəndələri iki həftə ərzində S.Hacıyevadan lazımi sənədləri təqdim etməyi xahiş ediblər: “Lakin biz hələ də cavab ala bilməmişik”. “Sevinc Hacıyeva iddia edir ki, onun Xətai RİH-dən və Xətai Rayon MIMG_1086-1-4əhkəməsindən qərarı var”, – deyə əməkdaşımız qeyd edib.

“Əgər məhkəmənin belə bir qərarı varsa, söküntü qanunsuz olaraq həyata keçirilib”, – deyə icra nümayəndəsinin müavini əlavə edib. Biz Xətai RİH-in memarı Vadim Surxayevlə əlaqə saxladıq. O, həqiqətən də S.Hacıyevanın dediyi eskizi təsdiqlədiyini bildirdi.

“Amma bu, qaraj layihəsinin eskizi idi, avtomobillərə texniki xidmət məntəqəsinin yox”, – deyə V.Surxayev cavab verib. Memarın sözlərinə görə, onlar S.Hacıyeva ilə görüşüblər: “S.Hacıyeva mənə Xətai rayon məhkəməsinin 13 iyul 2015 tarixli qərarını göstərdi. moyka4-3Mən ona dedim ki, o, RİH-ə öz obyektinin razılaşdırılmış layihəsini təqdim etməlidir, lakin bunu etmədi”.

“Xətai RİH hansı əsasla S.Hacıyevanın avtomobillərə texniki xidmət məntəqəsini söküb?” – deyə soruşduq.

“İcra hakimiyyəti söküntü ilə məşğul olmur”, – deyə V.Surxayev cavab verdi. Bir müddət sonra isə V.Surxayev vəzifəsindən azad olundu. Həmçinin, bu günlərdə Həsən Rzayevin də işindən uzaqlaşdırıldığını öyrəndik. Aprelin 26-da Kavkaznews.az saytının əməkdaşı Sevinc Hacıyeva ilə birlikdə Xətai RİH-in yeni memarı Əhməd Məmmədovun qəbulunda oldu. Bizi bu sual maraqlandırırdı: “Sevinc Hacıyevaya məxsus obyektin sökülməsi haqqında əmri kim verib?”. “Sevinc Hacıyevanın obyektinin sökülməsi ilə bağlı qərar növcud deyil”, – deyə memar Əhməd Məmmədov cavab verdi.

Bezy-myanny-j-copy-28-1-2“Əgər belə əmr yoxdursa, o zaman obyektin sökülməsi qanunsuz deyil? Kim o qərarı qəbul etmişdi?” – deyə bir daha soruşduq. “Ola bilər ki, bu qərarı sabiq memar Vadim Surxayev verib. Amma onun belə səlahiyyətləri yoxdur”, – deyə yeni memar cavablandırdı. Biz bu cavabdan Moyka2sonra sabiq memar Vadim Surxayevlə də əlaqə saxladıq. “Mənim Sevinc Hacıyevaya aid obyekti sökmək barədə qərar verməyə ixtiyarım yox idi”, – deyə V.Surxayev bildirdi. O, bu qərarın kimə aid olduğunu bilmədiyini vurğuladı: “Mən sadəcə Sevinc Hacıyevadan müvafiq sənədləri təqdim etməyi tələb etmişəm. Amma Sevinc Hacıyeva o sənədləri gətirmədi. Söküntü barədə qərarı ancaq Qanunsuz tikililərə nəzarə şobəsi verə bilərdi”. Lakin Xətai RİH-in 4-cü dariəsinin rəhbərinin sabiq müavini Həsən Rzayev sabiq memarın sözlərini təkzib etdi.

“Sevinc Hacıyevaya aid avtomobillərə texniki xidmət məntəqəsi Xətari RİH-in sabiq memarı Vadim Surxayevin əmri əsasında sökülüb”, – deyə H.Rzayev.

Rəşad Rüstəmov

Kavkaznews.az


Moyka6 moyka8 moyka9
IMG_1079

IMG_1081

IMG_1076

1-10

1-8

1-6

1-4

1-3

1-2

1-1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR