Xətai RİH-in baş memarı “Moyka” qalmaqalına qurban verildi? FOTO,VİDEO

 Безымянный copy“Şöhrət” ordenli İbrahim Mehdiyev isə adı hallandırılan məsələyə münasibət bildirmək istəmir…

 Xətai RİH-in baş memarı Vadim Surxayev vəzifəsindən kənarlaşdırılıb. Qafqaznews.az bu barədə məlumatı Xətai RİH-in əməkdaşlarından öyrənib. Onun işdən çıxarılmasının səbəbləri barədə ətraflı məlumat əldə edə bilməsək də, son günlərdə Vadim Surxayevin Qafqaznews.az saytında dərc olunan silsilə yazıların əsas “qəhrəman”larından biri olmasını xatırlatmaq yerinə düşər. Fevralın 11-də Xətai RİH nümayəndələri tərəfindən “KAT” MTK ərazisində avtomobillərə xidmət məntəqəsinin sökülməsi barədə Kavkaznews.az bundan əvvəl xəbər vermiş, bu məsələ ilə bağlı müxtəlif şəxslərdən açıqlama alaraq, dəfələrlə dərc etmişdi.IMG_1086-1-3-1

Bununla yanaşı xatırladaq ki, bu müəssisə Xətai RİH-in 9 mart 2005-ci il tarixli sərəncamına əsasən tikilib. 2015-ci il iyulun 13-də Xətai Rayon Məhkəməsi S.Hacıyevanın bu obyekti inşa etmək hüququnu tanıyıb. “KAT” MTK-ya həvalə olunub ki, S.Vəzirov 11 ünvanında yüngül konstruksiyalı avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə şərait yaratsın. moyka8-1Fevralın 19-da biz bu araşdırmanı davam etməyi və Sevinc Hacıyevaya məxsus obyektin sökülməsi barədə əmrin kim tərəfindən verildiyini öyrənməyi qərara aldıq. Bununla yanaşı, xatırladaq ki, S.Hacıyeva sözügedən obyektin tikilməsi ilə bağlı sərəncam 2005-ci ildə ovaxtkı RİH başçısı (hazırda Yasamal rayonunun icra başçısı) İbrahim Mehdiyev tərəfindən verildiyini bildirib: “2010-cu ildə Xətai RİH-in memarı Vadim Surxayev avtomobillərə texniki xidmət məntəqəsini təsdiq edib”. Xətai rayonun 4-cü dairəsi üzrə nümayəndəsinin müavini Həsən Rzayev bildirib ki, bu obyekt mövcud qanunvericiliyə əsasən dağıdılıb. “Onun (Sevinc Hacıyevanın – red.) bu müəssisənin tikintisi üçün müvafiq sənədləri olmayıb”, – deyə H.Rzayev qeyd edib.

H.Rzayevin sözlərinə görə, RİH nümayəndələri iki həftə ərzində S.Hacıyevadan lazımi sənədləri təqdim etməyi xahiş ediblər: “Lakin biz hələ də cavab ala bilməmişik”.

“Sevinc Hacıyeva iddia edir ki, onun Xətai RİH-dən və Xətai Rayon Məhkəməsindən qərarı var”, – deyə əməkdaşımız qeyd edib.moyka3-260x300-112910759_1699824586944078_2953672_n

“Əgər məhkəmənin belə bir qərarı varsa, söküntü qanunsuz olaraq həyata keçirilib”, – deyə icra nümayəndəsinin müavini əlavə edib. Biz Xətai RİH-in memarı Vadim Surxayevlə əlaqə saxladıq. O, həqiqətən də S.Hacıyevanın dediyi eskizi təsdiqlədiyini bildirdi. “Amma bu, qaraj layihəsinin eskizi idi, avtomobillərə texniki xidmət məntəqəsinin yox”, – deyə V.Surxayev cavab verib. Memarın sözlərinə görə, onlar S.Hacıyeva ilə görüşüblər: “S.Hacıyeva mənə Xətai rayon məhkəməsinin 13 iyul 2015 tarixli qərarını göstərdi. Mən ona dedim ki, o, RİH-ə öz obyektinin razılaşdırılmış layihəsini təqdim etməlidir, lakin bunu etmədi”. “Xətai RİH hansı əsasla S.Hacıyevanın avtomobillərə texniki xidmət məntəqəsini söküb?” – deyə soruşduq. “İcra hakimiyyəti söküntü ilə məşğul olmur”, – deyə V.Surxayev cavab verdi.

imagesVadim Surxayev bildirmişdi ki, guya onun imzaladığı eksiz layihəsi qaraj üçün nəzərdə tutulub, lakin saytımızda dərc olunan fotolardan da aydın görünür ki, həmin sənədin üzərində də “avtomobillərə texniki xidmət məntəqəsi” yazılıb. Beləliklə, Xətai RİH memarının ziddiyyətli açıqlamaları vəziyyətin necə absurd olduğunu göz önünə çəkmişdi. Əlbəttə ki, belə bir qalmaqal sadəcə Vadim Surxayevin öz təşəbbüsü ilə baş tuta bilməzdi, çünki RİH-in hər bir əməkdaşı icra başçısının tapşırıqlarını yerinə yetirir.

Əgər bu məsələdə Xətai RİH başçısının tapşırığı yox idisə, o zaman, dərc etdiyimiz yazılardakı məlumat və iddiaların araşdırılmalı olduğu şübhə doğurmur. Belə ki, yaxın günlərdə “Şöhrət” ordeni almış Yasamal RİH başçısı (eyni zamanda Xətai rayonunda yerləşən “KAT”MTK şəhərciyinin sakini) İbrahim Mehdiyevin “moyka” qalmaqalında adının hallanması bizi onun da mövqeyini öyrənməyə sövq etmişdi. Lakin bu mümkün olmadı. Yasamal RİH-dən də S.Hacıyevanın iddiasını şərh etməkdən boyun qaçırdılar. Vadim Surxayevin bu qalmaqalda, ya da hansısa digər məsələdə qurban verilməsi barədə də suallar yarana bilər. Lakin ən əsas sual hələ də cavabsız qalıb: Sahibkarın hüquqlarını kim bərpa edəcək?

P.S.: Yazı sayta gedən zaman Vadim Surxayevin özü ilə əlaqə saxlaya bildik. O bildirdi ki, səhhəti ilə əlaqədar olaraq, vəzifəsindən könüllü uzaqlaşıb.

Tamerlan Zeynallı

Qafqaznews.az



moyka9

 

 

 

 

Moyka2

 

 

Bezy-myanny-j-copy-28-1-1-2

 

Moyka6

moyka4

 

 

Moyka1





 


IMG_1073
IMG_1074 IMG_1076 IMG_1078 IMG_1079
IMG_1086






IMG_1086-1-2

 






1 (2)
1 (1)1 (3)1 (10)1 (6)

1-21-8

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR